XƏBƏRLƏR / Qonşular

30 il bağlı qalan Ermənistan-Türkiyə sərhədi açıldı

Marqara körpüsündən keçən yük maşınları Türkiyədə zəlzələdən zərər çəkənlərə humanitar yardım apardı

30 il bağlı qalan Ermənistan-Türkiyə sərhədi açıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan Türkiyədə zəlzələdən zərər çəkənlərə 30 ildir bağlı olan quru sərhədindən humanitar yardım göndərib. Ermənistan Türkiyəyə 5 yük maşınıyla 100 ton humanitar yardım göndərilib.

    Artıq yük maşınları sərhəddəki Marqara körpüsündən keçib. Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan mikrobloqda bildirib.