XƏBƏRLƏR / Qonşular

Ermənistanın İranla sərhəddində Rusiya bayrağları götürülüb

Bu barədə erməni jurnalistləri məlumat yayıb FOTO

Ermənistanın İranla sərhəddində Rusiya bayrağları götürülüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya hərbçilərinin xidmət etdiyi Ermənistanın İranla sərhədində Rusiya Federasiyasının bayraqları götürülüb.

    Bu barədə erməni jurnalist Akopyan yazır:

    “Axırıncı dəfə burada təxminən ay yarım əvvəl olmuşdum və rus üçrənglilərini görmüşdüm.

    Başa düşdüyüm qədər, Ermənistan-İran sərhəd dirəklərindən Rusiya bayraqları yığışdırılıb və yalnız erməni bayraqları qalıb”, - o, Facebook səhifəsində yazıb.

    Yanvarın 24-də Ermənistan XİN rəhbərinin müavini bildirib ki, Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində xidmətini dayandıra bilərlər.