XƏBƏRLƏR / Qonşular

İranda KİV Zəngəzur dəhlizini çox qəribə şəkildə təqdim edir

Bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani mətbuat konfransında deyib

İranda KİV Zəngəzur dəhlizini çox qəribə şəkildə təqdim edir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İranda bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Zəngəzur dəhlizi çox qəribə şəkildə təqdim olunur və İranın şimal sərhədlərini itirməsi kimi qiymətləndirilir.

    Bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, ümumiyyətlə söhbət olunan Zəngəzur məsələsi İranın şimalında çox kiçik bir hissədədir.

    Mohacerani qeyd edib ki, İran davamlı şəkildə bölgədə sabitliyin bərpa olunması, ölkələrin ərazi bütövlüyü və suverenliyin qorunmasını diqqət mərkəzində saxlayır.

    Mohacerani qeyd edib ki, əlbəttə, İran heç vaxt qonşu ölkələrə əcnəbi qüvvələrin gəlməsinə sevinmir. Məsələlər diqqətli şəkildə izlənilməkdədir. Regionun özünün öz sabitliyini yaratması daha yaxşı seçim hesab olunur.