XƏBƏRLƏR / Qonşular

Türkiyə və Suriya prezidentlərinin birgə mətbuat konfransı

Sriyanın müvəqqəti prezidenti əl-Culani Ankarada səfərdədir

Türkiyə və Suriya prezidentlərinin birgə mətbuat konfransı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə və Suriya prezidentləri görüşdən sonra birgə mətbuat konfransı keçiriblər

    Ankarada keçirilən birgə mətbuat konfransında Türkiyə və Suriya prezidentləri Ərdoğan və əl-Culani bildiriblər ki, görüşdə ikitərəfli münasibətlər, İŞİD və PKK ilə mübarizədə addımlar, eləcə də Qərbin sanksiyaları Suriyanın yenidən qurulmasına mane olan problemlər müzakirə olunub. 

    Ərdoğan Suriyanın yeni administrasiyası üçün ərəb və İslam dünyasının maddi dəstəyinin vacibliyini vurğulayıb. O, Türkiyənin dağıdılmış Suriya şəhərlərinin bərpasına dəstək verməyə hazır olduğunu, bunun nəticəsində suriyalıların vətənlərinə könüllü qayıtmasının artacağını qeyd edib.

    Suriya prezidenti də öz növbəsində Türkiyənin dəstəyinə görə minnətdarlığını bildirib, Dəməşq və Ankaranın tarixi və coğrafi əlaqələrinin olduğunu qeyd edib. O, həmçinin vurğulayıb ki, hər iki ölkə münasibətlərini dərin strateji əməkdaşlığa çevirməyə çalışır. Əl-Culani İsrail qoşunlarının “1974-cü il Qüvvələrin Ayrılması Müqaviləsinə uyğun olaraq İsrailin bu yaxınlarda daxil olduğu ərazilərdən” çıxarılmasının vacibliyini vurğulayıb.

    İsrail və Suriya arasında Yom Kippur müharibəsinə son qoyan Qüvvələrin Ayrılması Müqaviləsi iki ölkə arasında 31 may 1974-cü ildə imzalanıb. Razılaşma çərçivəsində İsrail və Suriya sərhədləri arasında bölücü xətlər çəkilib və bufer zonası yaradılıb. yaradılmışdır ki, bu da əsasən Suriya tərəfində müəyyən edilmişdir.