XƏBƏRLƏR / Qonşular

Pezeşkian Şahin Mustafayevi və nümayəndə heyətini qəbul edib

Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Dövlətlərarası Birgə Komissiyanın 16-cı iclasında iştirak etmək üçün İranda səfərdədir

Pezeşkian Şahin Mustafayevi və nümayəndə heyətini qəbul edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Görüşdə Azərbaycan-İran əlaqələrinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

    İqtisadiyyat, nəqliyyat, enerji, ticarət, investisiya və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin, həyata keçirilən birgə layihələrin əhəmiyyəti vurğulanıb.

    Görüşdə həmçinin regional və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Qeyd edək ki, Şahin Mustafayev Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Birgə Komissiyanın 16-cı iclasında iştirak etmək üçün İranda səfərdədir.