15:35
"Vətəndaş müqaviləsi" partiyası Nikol Paşinyanı Ermənistanın Baş naziri postuna namizəd irəli sürüb.

Ermənistan mediası xəbər verir ki, qərar partiyanın bu gün keçirilən növbədənkənar qurultayında qəbul edilib.
Qurultay iştirakçıları Paşinyanın namizədliyini yekdilliklə dəstəkləyiblər.
***
13:37
Ermənistanın Baş naziri Nikol Paşinyan hakim "Vətəndaş müqaviləsi" partiyasının 8-ci növbədənkənar qurultayının gündəliyini açıqlayıb.
O, bu barədə özünün "Facebook" səhifəsində bildirib.
Məlumata görə, açıq səsverməyə üç əsas məsələ çıxarılacaq: partiyanın seçki siyahısını təsdiqləmək və Ermənistan parlamentinə keçiriləcək seçkilərə (7 iyun 2026-cı il) irəli sürmək; idarə heyətinin sədri Nikol Paşinyanı partiyanın Ermənistanın Baş naziri postuna namizədi kimi təsdiqləmək; Ermənistan parlamentinə keçiriləcək seçkilər üçün partiyanın seçkiqabağı proqramını təsdiq etmək.
İclasın əvvəlində, həmçinin açıq səsvermə yolu ilə qurultayın sədrinin və katiblərinin seçilməsi planlaşdırılır.
1 dəqiqə