XƏBƏRLƏR / Qonşular

Azərbaycanın benzini Ermənistanda 30-40 qəpik ucuz satılacaq

Bu barədə Ermənistan mediasına vəkil Raffi Aslanyan məlumat verib

Azərbaycanın benzini Ermənistanda 30-40 qəpik ucuz satılacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Vəkil Raffi Aslanyan bildirib ki, sabahdan etibarən Ermənistanda Azərbaycandan gətirilən Aİ-95 benzinin litri 440 dram (təxminən 1,97 manat) qiymətinə satılacaq.

    Qeyd edək ki, Ermənistanda Aİ-95 benzinin 1 litri 520-530 drama (2,32 - 2,36 AZN) satılır. 

    Bundan əvvəl Ermənistan benzini əsasən Rusiya və Misirdən idxal edirdi.

    Azərbaycanda pərakəndə satışda eyni markalı benzinin 1 litri 1,6 AZN satılır.