XƏBƏRLƏR / Qonşular

Ölən əsgərlərin nəşinin İrəvana gətirilməsi tələb edilib

Azərbaycan ərazisində basdırılan erməni əsgərlərinin analar Hökumət Evinin qarşısında etiraz aksiyası keçirirlər

Ölən əsgərlərin nəşinin İrəvana gətirilməsi tələb edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanda həlak olan əsgərlərin valideynləri İrəvandakı Hökumət Evində toplaşıblar.

    Onlar, həmçinin Xarici İşlər Nazirliyinə müraciət edərək Qarabağda ölən oğullarının cəsədlərinin eksqumasiya olunaraq Ermənistanda yenidən dəfn edilməsini tələb edirlər.

    Hərəkat koordinatoru Ruzanna Stepanyan jurnalistlərə bildirib ki, hazırda Qarabağa qayıtmaq mümkün olmadığı üçün həlak olan əsgərlərin qohumları yalnız bir şey istəyirlər: cəsədlərin eksqumasiyası və yenidən Ermənistanda dəfn edilməsi.

    Daha sonra onlar eyni tələblə Fransa səfirliyinə yürüş etməyi planlaşdırırlar.