Paşinyan XİN ilə regiondakı vəziyyəti müzakirə edib
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin xarici işlər nazirliyində (XİN) görüş keçirib.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilib ki, görüşdə Cənubi Qafqazda sülh və sabitlik, təhlükəsizlik məsələləri diqqət mərkəzində olub. Bölgədə sülhün təmin edilməsinə yönəlmiş səylər, həmçinin Azərbaycanla münasibətlərin normallaşması prosesi müzakirə edilib.
Baş nazir diplomatları mövcud vəziyyət, ölkənin xarici siyasət kursundakı dəyişikliklər, tərəfdaş ölkələrlə ikitərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan addımlar barədə məlumatlandırıb.