XƏBƏRLƏR / Qonşular

"Erməni soyqırımı”nın tanınması artıq prioritet deyil"

Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə bildirib

"Erməni soyqırımı”nın tanınması artıq prioritet deyil"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan xarici siyasətinin gündəliyində qondarma “erməni soyqırımı”nın tanınması məsələsi artıq prioritet deyil.

    Bu barədə xarici işlər naziri Ararat Mirzoyan bildirib.

    XİN rəhbəri belə məsələləri tarixçilərin öyrənməli olduğunu vurğulayıb.

    Mirzoyan onu da qeyd edib ki, bu, xarici siyasət və diplomatiya məsələsi deyil.

    XİN rəhbəri yaxın gələcəkdə Ermənistan və Azərbaycanın qalan 1-2 bənd üzrə razılığa gələ biləcəkləri barədə nikbin olduğunu qeyd edib və əlavə edib ki, bundan sonra sülh müqaviləsinin mətni tam razılaşdırılmış olacaq.