Moskvadan İrəvana uçan təyyarədə partlayıcı təhlükəsi
Bu barədə təyyarənin sərnişinlərindən biri stüardessalara məlumat verib
18:47
“Şeremetyevo” aeroportunda polis qadın sərnişini saxlayıb. Axtarış zamanı onun əl yükündə partlayıcı aşkar edilməyib.
***
Moskvadan İrəvana uçan sərnişin əl yükündə bomba olduğunu bildirib.
Rusiya mediası xəbər verir ki, Moskvanın “Şeremetyevo” aeroportundan İrəvana uçan qadın sərnişin əl yükündə partlayıcı olduğunu bildirib.
Bu barədə təyyarənin sərnişinlərindən biri stüardessalara məlumat verib. Hazırda təyyarənin yola salınması saxlanılıb, polis araşdırma aparır.