İran ölkənin müxtəlif yerlərində raket təlimləri keçirib
Bu barədə "Reuters" məlumat yayıb
Reuters agentliyinin yerli mediaya istinadən verdiyi məlumata görə, İran dekabrın 22-də ölkənin müxtəlif yerlərində raket təlimləri keçirib.
Bu media xəbərlərinə görə, raket buraxılışları paytaxt Tehran yaxınlığında, eləcə də İsfahan və Məşhəd şəhərləri yaxınlığında baş tutub.
"Axios" əvvəllər mənbələrə istinadən İsrail rəsmilərinin Tramp administrasiyasını İranın raket təlimlərinin İsrailə zərbə endirməyə hazırlıq ola biləcəyi barədə xəbərdar etdiyini bildirmişdi.
1 dəqiqədən az