Azərbaycan İƏT-ə sədrliyi İrana verdi
Bu barədə qərar İƏT-in Nazirlər Şurasının oktyabrın 10-da Şuşada keçirilən 27-ci iclasında qəbul olunub
İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik Azərbaycandan İrana keçib.
Bu barədə qərar İƏT-in Nazirlər Şurasının oktyabrın 10-da Şuşada keçirilən 27-ci iclasında qəbul olunub.
Qeyd edək ki, bu gün Şuşada Azərbaycanın sədrliyi ilə İƏT-in Nazirləri Şurasının 27-ci iclası keçirilib. Toplantıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin, İran xarici işlər nazirinin müavini Mehdi Səfəri və təşkilata üzv olan digər dövlətlərin xarici siyasət idarələrinin rəhbərləri və təmsilçiləri iştirak ediblər.