Priqojinə qarşı cinayət işinə xitam verilməyib
Bu barədə "RİA Novosti" məlumat yayıb
Rusiyada "Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojinə qarşı cinayət işinə xitam verilməyib.
Bu barədə Baş Prokurorluqdakı mənbə "RİA Novosti"yə bildirib.
Xatırladaq ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib.