Türkiyənin yeni hökumətində kimlər təmsil olunacaq?
Nazirlər Kabinetinin yeni tərkibinə namizədlərin seçiminə başlayıb
Türkiyənin yeni hökuməti iyunun 5-dən gec olmayaraq işinə başlayacaq, əvvəlki Nazirlər Kabinetində yer alan bəzi nazirlər öz postlarında qalacaq.
“Ekonomim” qəzeti bu barədə hakim Ədalət və İnkişaf Partiyasındakı (AKP) mənbələrinə istinadla məlumat yayıb.
AKP prezident seçkilərinin ilk turundan sonra Nazirlər Kabinetinin yeni tərkibinə namizədlərin seçiminə başlayıb. Güman olunur ki, müdafiə naziri Hulusi Akar, daxili işlər naziri Süleyman Soylu, xarici işlər naziri Mövlud Çavuşoğlu, ekologiya və şəhərsalma naziri Murat Kurum, əmək və sosial təhlükəsizlik naziri Vedat Bilgin hökumətdə öz yerini saxlayacaq.
Türkiyədə mayın 14-də prezident seçkiləri ilə paralel keçirilən parlament seçkilərində hökumətin 16 üzvü mandat qazanıb. Onların əksəriyyəti qanunverici qismində fəaliyyətlərini davam etdirəcək. Prezident seçkilərinin mayın 28-nə təyin edilən ikinci turunun nəticələri MSK tərəfindən elan olunduqdan sonra nazirlərin təyinatı prosesi başlayacaq.