XƏBƏRLƏR / Qonşular

Artıq bir il yarımdan çoxdur sərhəddə əsgər ölmür,sülh budur

Ermənistanın Baş naziri Nikol Paşinyan partiyasının qurultayında belə deyib YENİLƏNİB

Artıq bir il yarımdan çoxdur sərhəddə əsgər ölmür,sülh budur
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 12:50

    Qarabağ erməniləri qaçqın statusunu geridə qoymalı və Ermənistan Respublikasının tamhüquqlu və qürurlu vətəndaşlarına çevrilməlidirlər.

    Bunu Baş nazir Nikol Paşinyan hakim “Mülki müqavilə” Partiyasının 7-ci Qurultayında çıxışı zamanı bəyan edib.

    Bununla da Paşinyan Qarabağdan köçmüş ermənilərin geri qayıtmaq ümidlərinin üstündən xətt çəkib.

    “Bu gün “Ermənistan xalqı” deyəndə mən eyni dərəcədə bütün sınaqlara, ağlasığmaz faciələrə rəğmən anti-dövlət və anti-erməni planlarına uymayan qarabağlılarımızı da nəzərdə tuturam”, - Paşinyan qeyd edib.

    O vurğulayıb ki, bu keçid dövlətin fəal dəstəyi ilə baş verməlidir:

    "Onlar bizim dəstəyimizlə qaçqın statusunu Ermənistan Respublikasının fəxri vətəndaşlığı ilə əvəz etməlidirlər. Ermənistan xalqı bizim dayağımız, ilham mənbəyimiz, işəgötürənimiz, liderimiz, gücümüz və üzərində yeni dövrün - Ermənistan Respublikası üçün yeni dövrün qurulduğu qayadır. Ona görə də biz Ermənistan xalqı qarşısında baş əyirik", - Baş nazir qurultay iştirakçıları baş əyərək deyib.

    ***

    11:55

    Ermənistanla Azərbaycan arasında bir il yarımdan çoxdur de-fakto sülh bərqərar olub.

    Baş nazir Nikol Paşinyan partiyasının qurultayında "artıq bir il yeddi aydır Ermənistan-Azərbaycan xəttində atışmalar nəticəsində itkilərin olmadığını" bildirib.

    O qeyd edib ki, Ermənistanın müstəqilliyi dövründə heç vaxt belə bir dövr olmayıb.

    "Artıq bir il yeddi aydır, Ermənistan-Azərbaycan sərhədində əsgər ölmür, bu sülhdür", - Paşinyan əlavə edib.