“Rossotrudniçestvo” Bakıdan nota aldığını təsdiq edib
Qurumun rəhbəri Yevgeni Primakov bu barədə “Rossiya-24” telekanalının efirində bildirib

“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov Bakıda Rusiya mədəniyyət mərkəzinin (Rus Evi) qeydiyyata alınmasının zəruriliyi ilə bağlı Azərbaycandan nota aldığını təsdiqləyib.
O, bu barədə “Rossiya-24” telekanalının efirində bildirib.
"Orada deyilir ki, bizim nümayəndəliyimiz, xalq arasında "Rus Evi" kimi tanınan Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi yerli qanunvericiliyə əsasən hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir", - deyə Primakov vurğulayıb.