XƏBƏRLƏR / Qonşular

Ərdoğan Əhməd əl-Şaranın Ankara səfəri üçün təyyarə göndərib

Bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb

Ərdoğan Əhməd əl-Şaranın Ankara səfəri üçün təyyarə göndərib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Suriyanın müvəqqəti Prezidenti Əhməd əl-Şaraanın ölkəyə səfəri üçün təyyarə göndərib.

    Bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

    Bildirilib ki, Ərdoğan Suriya lideri və nümayəndə heyətinin Ankaraya gəlməsi üçün prezident təyyarələrindən birini ayırıb.

    “Şaraa Prezident Ərdoğanın jest olaraq Dəməşqə göndərdiyi prezident təyyarəsi ilə Ankaraya gəlib”, - nəşr yazıb.