XƏBƏRLƏR / Qonşular

Azərbaycan benzininin 440 dram qiyməti erməniləri qorxudub

Məsələyə Ermənistanın iqtisadiyyat naziri aydınlıq gətirməyə məcbur olub

Azərbaycan benzininin 440 dram qiyməti erməniləri qorxudub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 16:45

    Ermənistan KİV-lərinin məlumatına görə, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Ermənistan vətəndaşlarına müraciət edərək onlara Azərbaycandan benzin alıb-almayacağına özləri qərar verməli olduqlarını bildirib.

    "Əziz vətəndaşlar, seçim etməkdə azadsınız. Dövlətin vəzifəsi sizin üçün geniş seçim təmin etməkdir", - deyə Papoyan bildirib.

    Nazirin açıqlaması Ermənistan mediasında Azərbaycan benzininin Ermənistana idxalı ilə bağlı çoxsaylı müzakirələr və bu cür tədarükün icazəliliyi ilə bağlı ictimai müzakirələr, eləcə də Azərbaycandan benzini boykot etmək çağırışları fonunda səslənir.

    ***

    11:46

    Azadlıq Radiosunun Ermənistan xidməti Mega Trade şirkətinin direktoru Karen Hayriyana istinadən xəbər verir ki, dekabrın 23-də "Ran Oil" şirkəti Ermənistandakı yanacaqdoldurma məntəqələrində Azərbaycandan benzin satışlarına başlayıb.

    Nəşrin məlumatına görə, yanacaq əvvəllər elan edilmiş 440 dram (1.96 AZN) qiyməti bəzi milliyətçi və azərbaycanofob dairələrinə 44 günlük müharibəni xatırladıb(?!). Onlar bundan istifadə edərək Azərbaycan benzininə boykot elan edilməsinə çağırıblar. Bununla əlaqədar şirkət Azərbaycandan gələn Aİ95 benzininin litrini 430 dramdan aşağı satmağa məcbur olub.

    Hayriyan qiymətin hesablamalardan sonra tənzimləndiyini və satışın başlanmasının gecikməsinin təşkilati səbəblərlə bağlı olduğunu izah edib. Şirkət 11 tanker benzin alıb.

    Qeyd edək ki, Ermənistanda Aİ-95 benzinin 1 litri 520-530 drama (2,32 - 2,36 AZN) satılır. Bundan əvvəl ölkəyə bu markalı benzin əsasən Rusiya və Misirdən idxal edilirdi.