XƏBƏRLƏR / Qonşular

Ərdoğan Macarıstana gedəcək

Bu barədə Türkiyə Prezidentinin Mətbuat Xidməti xəbər verib

Ərdoğan Macarıstana gedəcək
R.T.Ərdoğan
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Macarıstanın paytaxtı Budapeştə səfər edəcək.

    Prezident Ərdoğanın Macarıstana bir günlük səfər edəcəyi və paytaxt Budapeştdə Macarıstanın baş naziri Viktor Orbanla görüşəcəyi gözlənilir.

    Macarıstanın Milli Günü münasibətilə keçiriləcək mərasimdə prezident Ərdoğanın da iştirakı gözlənilir.

    Qeyd edək ki, Türkiyə ilə Macarıstan arasında münasibətlər tarixi əlaqələr, qarşılıqlı yüksək səviyyəli səfərlər və son vaxtlar artan məsləhətləşmə mexanizmləri ilə sürət qazanıb.