Rusiya üçtərəfli komissiyanın işinin bərpa olmasını istəyir
Ermənistan, Rusiya və Azərbaycan komissiyası haqda XİN sözçüsü Mariya Zaxarova danışıb

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın Ermənistanın Azərbaycan və Rusiya ilə kommunikasiyaların açılması üzrə üçtərəfli formata qayıtmaq niyyətində olmadığı barədə sözlərini şərh etməkdən imtina edib.
O, bu barədə bu gün keçirdiyi həftəlik brifinqdə çıxışı zamanı imtina edib.
"Mən xatırlatmaq istərdim ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələsinin işlənib hazırlanması müvafiq baş nazir müavinlərinə həvalə edilib. Ermənistanda bu məsələ ilə sizin qeyd etdiyiniz dövlət xadimi yox, başqası məşğuldur. Buna görə də yəqin ki, onların bu məsələnin icrası ilə bağlı yerlərini dəyişib-dəyişmədiklərini İrəvandan soruşmaq lazımdır. Əgər dəyişməyiblərsə, onda, yəqin ki, bu istiqamətə cavabdeh şəxsə müraciət etmək lazımdır. Bilirsiniz, mən konkret şəxsin konkret bəyanatını şərh etmək belə istəmirəm, çünki biz hesab edirik ki, bu, onun səlahiyyətində deyil. Bunu öz qiymətləndirməmiz əsasında yox, məhz Ermənistan rəhbərliyinin göstərişlərinə əsaslanan qiymətləndirmə əsasında deyirik ",- deyə o birifinq zamanı bildirib.
Rusiya Xarici İşlər Nazirliyi Ermənistan, Rusiya və Azərbaycandan ibarət üçtərəfli komissiyanın işinin mümkün qədər tez bərpa olunmasının tərəfdarıdır.
"Bu, Qərbin dağıdıcı təsiri, eləcə də Ermənistan hakimiyyətinin bəzən şübhə doğuran mövqeyi səbəbindən dayanıb", - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.