XƏBƏRLƏR / Qonşular

Türkiyə MN Livanda partlayışlardan sonra araşdırmalar aparır

Türkiyə MN Livanda partlayışlardan sonra araşdırmalar aparır

Türkiyə MN Livanda partlayışlardan sonra araşdırmalar aparır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə Milli Müdafiə Nazirliyi Livanda peycer və telsiz rabitə qurğularının partladılmasından sonra lazım olan araşdırmalar aparır.

    Bu barədə Türkiyə MN-dəki mənbələr bildirib.

    Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələrində yalnız yerli və milli rabitə sistemləri və proqram təminatı istifadə olunur: “İstehsal prosesinə hər hansı bir şəkildə üçüncü tərəf cəlb olunarsa, tədarük və istehsal prosesində əlavə ətraflı nəzarət mexanizmlərimiz işlədilir. Həm həyata keçirdiyimiz əməliyyatlarda, həm də Ukrayna müharibəsi və Livan nümunəsi kimi hər hansı bir inkişafdan sonra alınan dərslər çərçivəsində tədbirlər nəzərdən keçirilir və yeni tədbirlər hazırlanır. Milli Müdafiə Nazirliyi olaraq bu hadisə ilə bağlı lazımi araşdırmalar aparırıq. Türkiyə Silahlı Qüvvələrimiz son illərdə rabitə, informasiya sistemləri, elektron müharibə və kiber sahələr üzrə türk mühəndislərinin dəstəyi ilə xeyli güclənib”.