Paşinyan BRICS-in Kazan sammitində iştirak edəcək
Bu barədə “Sputnik-Armenia”məlumat yayıb
Ermənistanın baş naziri Nikol Paşinyan BRICS-in növbəti sammitində iştirak edəcəyini açıqlayıb.
“Sputnik-Armenia”ya görə, bu fikirləri o, Ümumdünya Erməni Sammitində səsləndirib.
N. Paşinyanın qənaətincə, hələlik ölkəsinin sözü gedən quruma inteqrasiyasına dair yekun qərar mövcud deyil.
Qeyd edək ki, sözü gedən sammit 22-24 oktyabr tarixlərində Rusiyanın Kazan şəhərində təşkil olunacaq