Saakaşvili reanimasiyaya köçürüldü
Bu barədə keçmiş dövlət başçısının ailə dostu Georgi Çaladze deyib
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili müalicə olunduğu "Vivamed" klinikasında reanimasiya şöbəsinə köçürülüb. Bu barədə Gürcüstanın "Vahid Milli Hərəkat" partiyasının üzvü, keçmiş dövlət başçısının ailə dostu Georgi Çaladze deyib. "Hazırda Saakaşvili reanimasiyaya köçürülür", - o bildirib. Gürcüstanın keçmiş prezidentinin səhhətinin vəziyyətini şərh edən Çaladze siyasətçinin kritik vəziyyətdə olduğunu söyləyib.
Xatırladaq ki, Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü.
Saakaşvili cari ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə klinikaya köçürülüb. Gürcü siyasətçi bundan əvvəl iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub.