XƏBƏRLƏR / Qonşular

Paşinyan Ərdoğanı Qurban bayramı münasibətilə təbrik edib

Telefon danışığı haqda Ermənistan baş nazirinin sözçüsü Nazeli Baqdasaryan məlumat verib

Paşinyan Ərdoğanı Qurban bayramı münasibətilə təbrik edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Nikol Paşinyan Tayyib Ərdoğanla telefonda İrəvan və Ankara arasında münasibətləri müzakirə edib.

    Bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.

    Paşinyan Ərdoğanı İslam dini bayramı olan Qurban bayramı münasibətilə, Türkiyə Prezidenti isə öz növbəsində 2026-cı ilin yazında Avropa Siyasi Birliyinin zirvə toplantısını Ermənistanda keçirmək qərarına görə təbrik edib.

    Onlar həmçinin regional hadisələri müzakirə ediblər və dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.