XƏBƏRLƏR / Qonşular

Səfirimiz Əli Əlizadə İran XİN-də Dəmirçilu ilə görüşüb

İrandakı səfirimiz İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi ilə ikitərəfli münasibətlərin hazırkı vəziyyətindən danışıb

Səfirimiz Əli Əlizadə İran XİN-də Dəmirçilu ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi, nazirin köməkçisi Müctəba Dəmirçilu ilə görüşüb.

    Bu barədə IRNA məlumat yayıb.

    Əli Əlizadəyə “Azərbaycanda bəzi dairələrin iranlı tələbələrə qarşı əxlaqsız hərəkətləri” ilə bağlı etiraz notası təqdim edilib.

    Agentliyin məlumatına görə, İran Xarici İşlər Nazirliyinin Avrasiya məsələləri şöbəsinin müdiri Müctəba Dəmirçili Azərbaycan səfiri ilə görüşdə bu cür hərəkətləri “zərərli” adlandırıb və “bu cür neqativ hərəkətlərin təşkilatçıları və icraçılarının məsuliyyətə cəlb olunmasını tələb edib. .”

    İran nümayəndəsi din xadimlərinə qarşı istənilən təhqirlərə qarşı qətiyyətlə mübarizə aparmağın vacibliyini də vurğulayıb.

    “Azərbaycanın səfiri bəzi neqativ bəyanatlar və hərəkətlərdən təəssüfləndiyini bildirib, vəziyyəti ölkəsinin hakimiyyət orqanlarının diqqətinə çatdıracağını vəd edib”.

    Xatırladaq ki,  Azərbaycan Tibb Universitetində təhsil alan 11 iranlı tələbə “əxlaqsız davranış”a görə ölkədən deportasiya edilib.