Molla rejimi seçki günündə Azərbaycana şər atdı
Güya İranda Azərbaycandan "idarə olunan" casus və terrorçu qrup həbs edilib
İranın molla rejimi Prezident seçkisi günü Azərbaycana sataşmasaydı molla rejimi olmazdı.
Belə ki, mollaların "Tasnim" xəbər agentliyi məlumat yayıb ki, güya "Azərbaycan Respublikasındakı bir mərkəz tərəfindən idarə olunan bəzi casus və terrorçular həbs edilib".
Məlumatda heç bir dəlil-sübut göstərilmədən bildirilir ki, "həbs edilən şəxslər casusluqdan əlavə, ölkədə təxribat əməliyyatları da keçirməyi planlaşdırırdılar və hər hansı bir hərəkətdən əvvəl müəyyən edilərək həbs ediliblər".
Mollalar o qədər bəsit düşüncəlidir ki, bir neçə ay əvvəl güya baş verən olayı məhz Azərbaycanda Prezident seçkiləri günü elan ediblər ki, İran rəhbərləri İlham Əliyevi inamlı qələbəsi münasibəti ilə təbrik etməsin.
Son nəticədə Prezidenti riyakar İranın Azərbaycandakı səfirliyi təbrik edib: