İran XİN Müctəba Xameneinin yaralandığını etiraf etdi
Bu günədək İran rəsmiləri Müctəbanın sağ-salamat olduğunu israr edirdi
İran Xarici İşlər Nazirliyi yeni Ali Rəhbər Müctəba Xameneinin yaralandığını, lakin səhhətinin yaxşı olduğunu təsdiqlədi.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bekaei İtaliyanın "Corriere della Sera" qəzetinə verdiyi müsahibədə bildirib ki, "O, yaralanıb, amma özünü yaxşı hiss edir. İlk çıxışını nə vaxt edəcəyini bilmirəm. Üç-dörd nəfər yeni Ali Liderin vəzifəsi uğrunda mübarizə aparırdı, lakin Ekspertlər Şurasının əksəriyyəti onu Konstitusiyaya uyğun olaraq seçdi. Bu, sistemimizin bir nəfər tərəfindən idarə olunmadığını göstərir".
Müctəbanın hansı şəraitdə və harasından yaralanması haqda məlumatı verilmir.
1 dəqiqədən az