XƏBƏRLƏR / İctimaiyyət

İranlı tələbə qızlar Azərbaycanda fahişəliklə məşğul olub

"MOUZE" Teleqram kanalı bu tələbələrin İran xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edildiyini yazır

İranlı tələbə qızlar Azərbaycanda fahişəliklə məşğul olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deportasiya olunub, 11 nəfərin isə ölkəyə girişinə qadağa qoyulub.

    Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan İran vətəndaşlarının fahişəliklə məşğul olduğu müəyyən edilib. 

    MOUZE Teleqram kanalı bununla bağlı şokedici faktlar əldə edib.

    Bu tələbələr İran xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb ediliblər.

    Onların burada ayrı-ayrı Azərbaycan vətəndaşlarını ələ almaq üçün təlimatlandırıldıqları və iş apardıqları  bəlli olub. 

    Məlumata görə, həmin qadınlardan 11 nəfərinin Azərbaycana girişinə qadağa qoyulub, 5 nəfər isə deportasiya edilib.