XƏBƏRLƏR / Qonşular

Aİ bayraqlı şəxslər sərhəddə döyüş mövqeyimizə yaxınlaşıb

4 nəfər üzərində Aİ bayrağı olan 2 avtomobildə Gorus istiqamətində baxış keçiriblər

Aİ bayraqlı şəxslər sərhəddə döyüş mövqeyimizə yaxınlaşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 24.01.2025-ci il tarixində günorta saatlarında 4 nəfərin üzərində Avropa İttifaqının bayrağı olan 2 ədəd "Toyota Land Cruiser LX" markalı avtomobildə Ermənistanın Gorus rayonunun Xanazax yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş mövqeyinə gələrək əraziyə baxış keçirməsi qeydə alınıb.

    APA həmin şəxslərin ərazini müşahidə etmələrinin görüntüsünü əldə edib.