XƏBƏRLƏR / Qonşular

Türkiyə XİN Fidanın Dəməşqə getdiyini təkzib etdi YENİLƏNİB

Bundan əvvəl “Əl-Cəzirə” telekanalı Türkiyənin xarici işlər nazirinin və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Suriya paytaxtında olması barədə məlumat yayıb

Türkiyə XİN Fidanın Dəməşqə getdiyini təkzib etdi YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 19:00

    Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalın Dəməşqə səfər edib.

    Bu barədə Türkiyə mediası məlumat yayıb.

    Qeyd olunub ki, İ. Kalın Dəməşqdə yerləşən Əməvi məscidində namaz qılıb.

    ***

    17:46

    Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Hakan Fidanın Suriyanın paytaxtı Dəməşqə getdiyinə dair xəbəri təkzib edib.

    Məlumat üçün qeyd edək ki, bir qədər əvvəl Türkiyə KİV-də ölkənin xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat İdarəsinin (MİT) sədri İbrahim Kalının Dəməşqə getdikləri barədə məlumat yayılıb.

    ***

    17:30

    Hakan Fidan və İbrahim Kalın Suriyadadırlar.

    Türkiyənin xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Dəməşqə gəlib. Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

    Telekanalın mənbələrinə görə, Fidan və Kalın Türkiyənin rəsmi nümayəndə heyətinin müşayiəti ilə Suriya paytaxtındadırlar.