Ermənistanı Rusiya ilə birləşdirən yol bağlanıb
Bu barədə "Sputnik Armenia" məlumat yayıb

Ermənistanı Rusiya ilə birləşdirən Gürcüstanın “Yuxarı Lars” beynəlxalq keçid məntəqəsi yük maşınları üçün hər iki istiqamətdə bağlanıb.
Ermənistanın Rusiya Federasiyasındakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan "Sputnik Armenia"ya bildirib.
Onun sözlərinə görə, Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsində qar yağması ilə əlaqədar qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
Bildirilib ki, yol minik avtomobilləri üçün açıqdır.
Xatırladaq ki, "Yuxarı Lars" keçid məntəqəsindən keçən yol hazırda Ermənistanı Rusiya ilə (Gürcüstan ərazisindən) birləşdirən yeganə quru marşrutdur.