XƏBƏRLƏR / Qonşular

Türkiyədə qaçaq miqrantları daşıyan qayıq batıb: 14 ölü

Türkiyə mediası məlumat verir

Türkiyədə qaçaq miqrantları daşıyan qayıq batıb: 14 ölü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Egey dənizinin Türkiyənin Bodrum sahillərinə düşən ərazisində qaçaq miqrantları daşıyan rezin qayıq batıb.

    Hadisə nəticəsində 14 nəfər ölüb.

    Ərazidəki axtarış-xilasetmə işlərinə dörd Sahil Mühafizə qayığı, Sahil Mühafizə dalğıc qrupu, helikopter və çoxsaylı heyət cəlb olunub.

    İki nəfərin xidmət əməkdaşları tərəfindən xilas edildiyi bildirilir. İtkin düşdüyü ehtimal olunan daha 2 şəxsin axtarış-xilasetmə işləri davam edir.