Daha bir iranlı İsrail səfirliyini hədəfə almaq istəyir
Abbas Xəzəli: “İsrailin Azərbaycandakı səfirliyi mümkün qədər tez hədəfə alınmalıdır”
İranlı jurnalist: “İsrailin Azərbaycandakı səfirliyi mümkün qədər tez hədəfə alınmalıdır”.
İranlı jurnalist və siyasi fəal Abbas Xəzəli aprelin 1-də İsrailin İranın Suriyadakı konsulluğuna hava zərbəsi endirməsindən sonra “X” hesabında İranın da hücum etməsi ilə bağlı çağırış edərək yazıb:
“İran İslam Respublikası İraq Kürdüstanında “sionist”lərin toplaşdığı yerlərə bir neçə dəfə zərbə endirib. Amma bu dəfə sionistlər İranın üçüncü ölkədəki diplomatik missiyasını vurduqları üçün İran beynəlxalq hüquqa söykənən haqqından yararlanıb uyğun reaksiya prinsipinə əsasən İsrailin Azərbaycandakı səfirliyini mümkün qədər tez hədəfə almalıdır”.