XƏBƏRLƏR / Qonşular

Ermənistan ordusunun 4 hərbçisi öldü

20 yaralı var

Ermənistan ordusunun 4 hərbçisi öldü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan Silahlı Qüvvələrinə məxsus avtomobil qəzaya düşüb: Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilir ki, aprelin 12-də saat 15:25 radələrində hərbi qulluqçuları daşıyan “Ural” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq dərəyə yuvarlanıb.

    İlkin məlumatlara görə, 4 nəfər ölüb, 20 yaralı var.

    Yerli mətbuat yazır ki, hadisə Meğridə baş verib. Ölən və yaralananlar arasında həm müqaviləli əsgərlər, həm də çağırışçılar var.