Gebzedə çökən binada bir ailənin dörd üzvü ölüb
Bu barədə "TRT Haber" məlumat yayıb
Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda çökən yeddimərtəbəli binada aparılan axtarış-xilasetmə işləri başa çatıb.
Tikilinin dağıntıları altında qalan daha iki nəfərin cəsədləri də çıxarılıb.
Hadisə zamanı həlak olanların hamısı bir ailənin üzvləridirlər.
Beş nəfərdən ibarət ailənin yalnız bir üzvünü - qızı xilas etmək mümkün olub.
Xatırladaq ki, bina oktyabrın 28-i saat 7:30 radələrində çöküb
Hadisə ilə bağlı araşdırma başlayıb.
1 dəqiqədən az