Armen Qriqoryan iranlı həmkarına hesabat verdi
Ermənistan Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə telefonla danışıb

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə telefon danışığı aparıb.
Qriqoryan İrəvanın yanaşmalarının dəyişməzliyini vurğulayıb - marşrutlar keçdikləri ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri əsasında fəaliyyət göstərməlidir. İran regionda kommunikasiyaların açılması ilə bağlı Ermənistanın mövqeyini dəstəkləyib.
Qriqoryan, həmçinin iranlı həmkarına İsraillə 12 günlük eskalasiya zamanı insan tələfatı ilə bağlı başsağlığı verib.