XƏBƏRLƏR / Qonşular

Ermənistan sülh və münaqişə arasında seçim etməli olacaq

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib

Ermənistan sülh və münaqişə arasında seçim etməli olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın sülh və münaqişə arasında seçim etmək zərurəti olacaq.

    Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində bildirib.

    O qeyd edib ki, əgər Konstitusiya Məhkəməsi sülh sazişinin Ermənistan Konstitusiyasına uyğun gəlmədiyinə qərar verərsə, o zaman Ermənistanın konkret vəziyyəti və sülh ilə münaqişə arasında seçim etmək zərurəti olacaq.

    "Biz təklif edirik ki, Azərbaycan eyni vaxtda ATƏT-də Minsk qrupunun strukturlarının ləğvi ilə bağlı sülh sazişi və birgə bəyanat imzalasın. Yəni sülh sazişi və ATƏT-in Minsk Qrupunun strukturlarının ləğvi ilə bağlı birgə bəyanatı masaya qoymaq və həm birincini, həm də ikincini eyni yerdə və eyni vaxtda imzalamaq,"  - Paşinyan deyib.