Türkiyə Ermənistanla ticarət əlaqələrinə hazırdır
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli "X"də yazıb
Ermənistanla birbaşa ticarət əlaqələrinin başlanması üçün hazırlıqlar başa çatıb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli "X"də yazıb.

Onun sözlərinə görə, 2022-ci ildən bəri davam edən Ermənistanla normallaşma prosesi çərçivəsində və görülən etimadın artırılması tədbirlərinin bir hissəsi olaraq, Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətin başlanması üçün bürokratik hazırlıqlar mayın 11-də başa çatıb.
XİN rəsmisi qeyd edib ki, iki ölkə arasında sərhədin açılması üçün lazımi işlər hələ də davam edir.
“Yeni qayda sayəsində artıq Türkiyədən üçüncü bir ölkəyə və oradan Ermənistana gedən və ya eyni marşrutdan istifadə edərək gələn malların son təyinat yerini "Ermənistan/Türkiyə" kimi yazmaq mümkündür.
Cənubi Qafqazda davamlı sülhün və rifahın gücləndirilməsi üçün yaranan tarixi fürsəti nəzərə alaraq, Türkiyə regionun bütün ölkələri və xalqlarının rifahı naminə iqtisadi əlaqələrin inkişafına və əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verməyə davam edəcək”, - Öncü Keçeli qeyd edib.
Əvvəllər necə idi: Türkiyə təchizatçıları Türkiyə gömrük orqanlarına təqdim etdikləri ixrac bəyannamələrində Ermənistan müəssisələrini alıcı, Ermənistanı isə təyinat ölkəsi kimi göstərə bilmədilər. Nəticədə, mallar təkrar ixrac adı altında üçüncü ölkələrdəki (məsələn, Gürcüstan) vasitəçilərin kəəyi ilə Ermənistana göndərilirdi
Nə dəyişdi: Bundan sonra Ermənistan müəssisələri vasitəçilər olmadan Türkiyədən birbaşa öz adlarına mal idxal edə bilərlər.
2 dəqiqə