XƏBƏRLƏR / Qonşular

Keçmiş rəhbərlərin məqsədi dövlətçiliyə son qoymaq idi

Bunu Ermənistanın Baş naziri Paşinyan Sarkisyan və Köçəryanın son açıqlamalarına münasibət bildirərək deyib

Keçmiş rəhbərlərin məqsədi dövlətçiliyə son qoymaq idi
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bu səhər Baş nazir Nikol Paşinyan (hərbi canilər- ANS Press) Serj Sarkisyan (SS) və Robert Köçəryanın (RK) son açıqlamalarına münasibət bildirərək, hansısa "Qarabağ xalqını" xatırladaraq, bütün problemlərdə KQB-ni günahlandırıb:

    "1. RK və SS-in son açıqlamaları bir daha təsdiqləyir ki, Qarabağ məsələsi müəyyən qüvvələr tərəfindən Ermənistan Respublikasını "ən yaxın ağaca" bağlamaq üçün istifadə edilən bir xalta idi. Xalq hüquqları, tarixi ədalət və oxşar terminlər sadəcə əsas məqsəd üçün bir tüstü pərdəsi idi.

    2. Bütün danışıqlar prosesləri və təkliflər xalta qayışını qısaltmağa yönəlmişdi. İlin sonuna qədər danışıqlar sənədləri dərc olunacaq və bu, daha aydın olacaq.

    3. "Müharibəni dayandırmaq" üçün bütün təkliflər xalta qayışını qısaltmağa yönəlmişdi (mən bu məsələni dəfələrlə ictimaiyyət qarşısında qaldırmışam).

    4. Xalta qayışını qısaltmaq prosesinin son məqsədi dövlətçiliyə son qoymaq idi.

    5. Bu ssenaridə Qarabağ münaqişəsi yalnız və yalnız Ermənistanın dövlətçiliyinin itirilməsi ilə başa çatmalı idi.

    6. Ermənistan Respublikası, həlak olanlarımızın həyatı bahasına, Ermənistan Respublikası və Qarabağ xalqının tarixi intuisiyası sayəsində bu ssenaridən qaça bildi.

    7. RK və SS əvvəlcə "Lenin, Partiya, Qorbaçov" şüarı altında və çox güman ki, KQB-nin nəzarəti altında yazılmış və həyata keçirilmiş bu ssenariyə qayıtmağı təklif edirlər.

    8. Və bu imkanların sıfır olduğu açıq-aydın olduğundan, köhnə KQB zabitlərinin nəzarəti altında "gənc Leninçilər, Partiya, Qorbaçovçular kohortu" yaratmaq cəhdi edilir.

    9. Gözlənilən nəticə 0 + 0 = 0-dir.

    P.S. Qarabağ xalqımız hökumətin dəstəyi ilə Ermənistan Respublikasında məskunlaşmalıdır. Düzdür, bu, genişmiqyaslı, mürəkkəb və resurs tələb edən bir proqramdır, amma biz onu həyata keçirməyə davam edəcəyik".