SEPAH bu dəfə də Pakistan ərazisini atəşə tutdu
Belə bir təəssürat yaranır ki, "İnqilab Keşikçiləri" İranı bütün qonşuları ilə düşmən etməyə çalışır
İndi İran Pakistanı vurub.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Pakistana ballistik raket zərbəsi endirib. Nəticədə iki dövlət sərhədində atışma baş verib.
İranın Tasnim agentliyi xəbər verir ki, “Ceyş əl-Ədl” qruplaşmasının Pakistandakı qərargahını məhv etmək üçün ballistik raketlər və pilotsuz təyyarələrdən istifadə edilib.
Güya "Ceyş əl-Zalum' qruplaşmasının (Ceyş əl-Ədl) iki mühüm qərargahı məhv edilib.
Qeyd edək ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Davos Sammiti çərçivəsində Pakistanın müvəqqəti hökumətinin Baş naziri ilə görüşdüyünü bildirib.
Bu hücumun səbəbləri və nəticələri ilə bağlı təfərrüatlar hələlik məlum deyil və baş verənlərlə bağlı İran və Pakistan hökumətlərindən heç bir rəsmi açıqlama yoxdur.