Ermənistan və İran sadələşdirilmiş gömrük dəhlizi yaradırlar
Bu barədə Ermənistan mətbuatı xəbər yayıb
Ermənistan və İran sadələşdirilmiş gömrük dəhlizi yaradacaqlar.
Layihə Ermənistan hökumətinin iclasında təsdiqlənib.
▪️Bir ölkənin gömrük orqanları qonşu ölkəyə gedən yükləri rəsmiləşdirərkən mallar və onları göndərənlər haqqında elektron məlumatları öz həmkarlarına ötürəcəklər.
▪️Qəbul edən ölkə daha sonra bu malları sadələşdirilmiş prosedurdan istifadə edərək yoxlayacaq. Rejim şəxsi avtomobillər istisna olmaqla, bütün nəqliyyat vasitələrinə şamil ediləcək.
1 dəqiqədən az