XƏBƏRLƏR / Qonşular

Ermənistan Rusiyanın TRIPP-lə bağlı iddialarına cavab verdi

"Buna dəyməz"

Ermənistan Rusiyanın TRIPP-lə bağlı iddialarına cavab verdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Hazırda TRIPP layihəsi Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında həyata keçirilir. Saziş imzalanıb və hazırda icra mərhələsindədir. Bunu xarici işlər nazirinin müavini Mnatsakan Safaryan 1 iyulda Milli Assambleyada jurnalistlərlə söhbətində bildirib.

    Bu barədə erməni mənbələri yazır.

    Jurnalistlər qeyd ediblər ki, Rusiya tərəfi Rusiyanın iştirakı olmadan TRIPP-in effektivliyini şübhə altına alır. Moskvanın TRIPP-də hər hansı bir formatda iştirakının rəsmi İrəvan üçün məqbul olub-olmayacağı sualına Safaryan belə cavab verib: "İndi gələcək haqqında danışaraq heç bir spekulyasiya etmək istəməzdim. Düşünmürəm ki, buna ehtiyac yoxdur".

    TRIPP-in tətbiqinin Avrasiya İqtisadi Birliyi (AİB) qaydalarına uyğun olub-olmayacağı sualına nazir müavini müsbət cavab verib. "Hazırda Ermənistan Respublikası AİB-in üzvüdür və AİB tranzit qaydaları tətbiq olunur. Gömrük orqanlarımız AİB-in gömrük tənzimlənməsini həyata keçirir, ona görə də burada heç bir problem görmürük. Bu mərhələdə heç bir sual yaranmır", - deyə Safaryan yekunlaşdırıb.