XƏBƏRLƏR / Qonşular

Paşinyan dolayısı ilə Ərdoğanın ad gününü təbrik edib

Bu barədə Ermənistanın "Past" qazeti yazıb

Paşinyan dolayısı ilə Ərdoğanın ad gününü təbrik edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Erməni nəşrinin məlumatına görə, Paşinyan dolayısı ilə Ərdoğanı təbrik edib.
    Ermənistanın baş naziri Nikol Paşinyan ötən bazar günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı 69 illiyi münasibətilə təbrik edib. Bu barədə “Past” qəzeti Ermənistan Xarici İşlər Nazirliyindəki mənbələrinə istinadən yazır.
    "Bu, adi prosedur çərçivəsində deyil, dolayı yolla gizli baş verib: təbriklər diplomatik "Rubinyan-Kılıç" kanalı vasitəsilə çatdırılıb", - qəzet qeyd edir.