Ermənilər Qazaxın kəndlərini tərk edərkən evləri yandırır
Bu barədə görüntülər ermənilərə məxsus teleqram kanallarında yayılıb
Ermənistanın Tavuş vilayətinin Kirants kənd sakini sərhədlərin delimitasiyası prosesində həyətyanı sahəsinin Azərbaycanın ərazisinə düşəcək hissəsindəki tikilini yandırıb.
Bu barədə görüntülər ermənilərə məxsus teleqram kanallarında yayılıb.
Polis əməkdaşları və qonşular yanğını söndürməyə çalışın.
Xatırladaq ki, ermənilər Vətən müharibəsindən sonra Ağdamı və Kəlbəcəri, 2022-ci ildə isə Laçını tərk edərkən də meşələrə od vurub, dükanları, elektrik yarımstansiyalarını söküb dağıdıblar.