XƏBƏRLƏR / Qonşular

Matviyenko Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Bakıda səfərdədir

Matviyenko Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyəti martın 17-də Fəxri xiyabana gələrək, müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

    Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

    ***

    Ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyəti martın 17-də Şəhidlər xiyabanını ziyarət edib.

    Ziyarət zamanı ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər çiçəklər düzülüb.

    Federasiya Şurasının sədri Valentina Matviyenko “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.