XƏBƏRLƏR / Qonşular

Ermənistan və İran sadələşdirilmiş gömrük dəhlizi yaradır

Bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Hakobyan məlumat verib

Ermənistan və İran sadələşdirilmiş gömrük dəhlizi yaradır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan və İran arasında sadələşdirilmiş gömrük dəhlizi haqqında sazişin bağlanması üçün danışıqlar aparılır.

    Bu barədə "Armenpress" mətbuat mərkəzində Dövlət Gəlirləri Komitəsinin (DGK) sədri Eduard Hakobyan məlumat verib.
    "Yaxın gələcəkdə başa çatacaq sadələşdirilmiş gömrük dəhlizi haqqında sazişin bağlanması üçün Ermənistan və İran arasında danışıqlar aparılır", - Hakobyan deyib.

    ABŞ ilə əməkdaşlıq potensialın inkişafı, gömrük sistemi üçün avadanlıqların alınması və müəyyən monitorinq sistemlərinin tətbiqi sahələrində də fəal şəkildə inkişaf edir.