XƏBƏRLƏR / Qonşular

İranda spirtli içkidən 41 nəfər ölüb, 343 nəfər zəhərlənib

Bu barədə İran mənbələri məlumat yayıb

İranda spirtli içkidən 41 nəfər ölüb, 343 nəfər zəhərlənib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın dörd əyalətində son 10 gün ərzində qeyri-standart spirtli içki qəbulu nəticəsində 41 nəfər ölüb, 343 nəfər isə zəhərlənib.

    Bu barədə İran mənbələri məlumat yayıb.

    Bildirilib ki, hadisələr İranın Mazandaran, Gilan, Həmədan və Kürdüstan əyalətlərində qeydə alınıb.

    Ədliyyə sisteminin hesabatına görə, bu 10 gündə Mazandaran, Gilan və Həmədan vilayətlərində spirtli içkilərin istehsalı və yayılması ittihamı ilə 22 nəfər, Həmədan əyalətində 13 nəfər, Gilan vilayətində 4 nəfər, Mazandaran vilayətində 5 nəfər həbs edilib.