XƏBƏRLƏR / Qonşular

Köçəryanın seçki bloku Konstitusiya Məhkəməsinə üz tutub

Bu barədə blokun üzvü, daşnak İşxan Saqatelyan bəyanat verib

Köçəryanın seçki bloku Konstitusiya Məhkəməsinə üz tutub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hərbi cani Robert Köçəryanın "Ermənistan" blokuna daxil olan "Daşnaktsütyun" partiyasını təmsil edən İşxan Saqatelyan jurnalistlərə bildirib ki, blok səsvermənin nəticələrindən şikayət vermək üçün Konstitusiya Məhkəməsinə müraciət edəcək.

    Xatırladaq ki, Köçəryan seçkidə qalib gəlmədiyi halda inqilab etməyə söz vermişdi, lakin imkanı ancaq şıkayət etməyə çatıb. "Ermənistan" bloku iyunun 7-də keçirilən parlament seçkilərində cəmi 9 % yığa bilib.