XƏBƏRLƏR / Qonşular

İran məmuru: Araz dəhlizi Azərbaycan vəsaiti ilə tikiləcək

Cabbarəli Zakeri bunu Azərbaycanla bağlanan müqavilələrdə qeyd olduğunu deyir

İran məmuru: Araz dəhlizi Azərbaycan vəsaiti ilə tikiləcək
Cabbarəli Zakeri
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın yol və şəhərsalma nazirinin müavini və Dəmiryolları Təşkilatının rəhbəri Cabbarəli Zakeri deyib ki, "Azərbaycanla bağlanan müqavilələrdən biri də İran ərazisində və Araz çayının cənub hissəsindən Naxçıvana dəmir yolunun tikintisidir. Azərbaycan hökuməti bildirib ki, bu layihə onun vəsaiti hesabına tikiləcək".

    “Müqavilələrin dərhal həyata keçirilməsi üçün Azərbaycan tərəfi Ağbənddə birgə körpü inşa edir. Bu körpüdə həm dəmir yolu, həm də avtomobil yolu nəzərdə tutulub və xoşbəxtlikdən layihə icra olunur. Azərbaycanla əldə olunan razılaşmaların ikinci hissəsinə İran ərazisində və Arazın cənubunda dəmir yolunun tikintisi daxildir”, - deyə Zakeri vurğulayıb.